Qazax rayonunda xəsarətlə nəticələnən 2 avtomobil qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, ilk hadisə Kosalar kəndi yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində bir sərnişin xəsarət alıb.

Digər hadisə isə Qazax şəhərində "Avtovağzal"ın önündə baş verib. Burada da 2 avtomobil toqquşub və 1965-ci il təvəllüdlü İlham Abdullayev xəsarət alıb. Hər iki qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisələrlə bağlı araşdırma aparılır.