ABŞ-ın Florida ştatında atışma baş verib.

Unikal.org  xarici KİV-lərə istinadən xəbər verir ki, atışma "Jacksonville Landing" əyləncə mərkəzində baş verib. Qeyd olunur ki, hadisə nəticəsində, ən azı 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Yerli polis əhalini həmin ərazidən uzaq durmağa çağırıb.

Sosial şəbəkə istifadəçiləri yazır ki, mərkəzdə "Madden NFL" videooyunu üzrə turnir keçirilirdi.