Böyük Britaniyada polis tərəfindən təqib edilən avtomobil bulvarda avtobus dayanacağına çırpılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ricent stritdə baş veriən hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Polisdən bildirilib ki, qəza nəticəsində avtomobildə olan 3 nəfər və yoldan keçən bir nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, nəqliyyat vasitəsinin sürücüsü isə təhlükəli idarəetməyə görə saxlanılıb.