Suraxanıda oğurluq edən şəxs yaxalanıb. 

DİN-dən Unikal.org-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki kafelərin birindən kondensioner, 2 ədəd soyuducu mühərriki, 100 metr elektrik naqili, 3 ədəd plastik qapı və 3 ədəd pəncərə şüşəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Qurbanov saxlanılıb.