Bakı-Qazax magistralında sərnişin avtobusu yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb

Unikal.org report-a istinadən xəbər verir ki, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində iri qabaritli sərnişin avtobusu mişar daşı yüklənmiş "KamAz markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstxanalarına yerləşdirlib. Yaralı sərnişinlərin adları dəqiqləşdirlir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.