Avstriyanın xarici işlər naziri Karin Knaysl Alpbax Avropa Forumu zamanı huşunu itirib.

Bu barədə Unikal.org Avstriya KİV-inə istinadən xəbər verir.
Avstriya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tomass Şnell nazirin dünən illik forum çərçivəsində çıxış edərkən azacıq halsızlaşdığını təsdiqləyib: "Nazir hoteldə otağında istirahət edir və artıq yaxşılaşmaqdadır".
Bundan əlavə, K.Knayslın mətbuat nümayəndələri ilə avqustun 18-də sahibkar Volfqanq Meylinger toyunda Rusiya prezidenti Vladimir Putinin iştirakı barədə müsahibədən sonra halının pisləşdiyi bildirilir.