İraqın Bəsrə şəhərində içməli suyun çirklənməsi 14 min nəfərin zəhərlənməsinə səbəb olub.

Unikal.org xəbər verir ki, bu barədə şəhər səhiyyə departamenti məlumat yayıb. Bildirilib ki, zəhərlənən 1600 nəfər xəstəxanalara ishal simptomları ilə çatdırılıb.

Qeyd edək ki, iyulun 8-də Bəsrədə elektrik və su təminatının yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərdən birinin ölümündən sonra liman şəhərində vəziyyət daha da gərginləşib. Sonradan aksiyalar Maysan, Kərbəla, Nəcəf, Di-Kar Babil və digər cənub şəhərlərinə yayılıb. İraq şiələrinin nüfuzlu alimi Əli əs-Sistani nümayişçiləri və onların tələblərini dəstəkləyib.

Hökumət etirazçıların tələblərinin yerinə yetirilməsi üçün xüsusi komissiya yaradıb, içməli su borularının və elektrik xətlərinin bərpası üçün 2 milyard dinar (17 milyon dollar) ayıracağını vəd edib. (azvision.az)