"Vaşinqton Rusiyaya sanksiya tətbiq etmək üçün Skripal olayından istifadə edir. Amma rəsmi Moskva bundan sonra da öz yolundan dönməyəcək.

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Mariya Zaxarova təəssüflə qeyd edib ki, ABŞ-ın siyasi elitası bir şey anlamır: "Sanksiyalar Rusiyanı öz mənafeyini qorumaq yolundan döndərə bilməz. Vaşinqtonun bu addımları mədəni dialoqla uzlaşmır.

Qeyd edək ki, Skripal olayına görə Rusiyaya tətbiq edilən sanksiyalar bu gündən qüvvəyə mindi.