Rusiyanın, ABŞ-ın və Avropa bəzi regionlarında "İntaqram"ın işində problemlər yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, istifadəçilərin şikayətlərinin 58 faizi xəbər lentinin yenilənməməsi, 24 faizi sosial şəbəkənin "web" versiyasında problemlərin olmağı, 17 faizi isə öz akkauntları ilə sosial şəbəkəyə daxil ola bilməmələri ilə bağlıdır.

Şikayətlərin əsksəriyyəti ABŞ-ın şimal-şərq ştatları, Niderland, Böyük Britaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən daxil olub.