ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulması ilə törədilən təxribatda FETÖ/PDY terror təşkilatının izi aşkar edilib.
Unikal.org-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, hazırda faktla bağlı həbs olunanların sayı 5 nəfərə çatıb.
Araşdırma zamanı saxlanılan Osman Gündaş adlı şəxsin işlədiyi şirkətin rəhbərinin FETÖ/PDY terror təşkilatları ilə əlaqəsi ortaya çıxıb. Həmin şəxs və Osman Gündaşı silahla təmin edən də həbs olunanlar arasındadır.
Qeyd edək ki, avqustun 20-də səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Bir qrup şəxs ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.