Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya prezidenti Frank-Valter Ştanmayer arasında telefon danışığı olub.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər ikitərəfli və beynəlxalq gündəmdə olan bir sıra məsələlərə toxunublar.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətini vurğulayıblar. Bundan əlavə, Türkiyə prezidentinin sentyabrın sonuna nəzərdə tutulan Almaniyaya səfəri müzakirə edilib.

Qeyd edilib ki, iki ölkənin XİN və maliyyə nazirliyi rəhbərləri arasında keçiriləcək görüşlər Almaniya və Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək.