Türkiyədə çörək növbəsinə görə baş verən davada 7 nəfər yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfa şəhərində çörək almaq üçün sırada gözləyən 2 nəfər arasında mübahisə yaranıb. Mübahisəyə hər 2 şəxsin qohumları qarışandan sonra dava böyüyüb. Ov tüfəngi, bıçaq, daş və ağac parçalarından istifadə edilən davada 7 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb. Hadisə yerinə gələn polis əməkdaşları davaya görə 7 nəfəri saxlayıb. 

Faktla bağlı araşdırma aparılır.