Almaniyanın Saksoniya vilayətinin Xemnits şəhərində keçirilən etiraz aksiyası zamanı 6 nəfər xəsarət alıb.

Unikal.org-un məlumatına görə, aksiyada 3 min nəfər, o cümlədən 2 min millətçinin iştirak etdiyi bildirilir. Qarşı tərəfdə isə minə yaxın sağçı düşərgənin nümayəndələri onlara etiraz ediblər.

Bir neçə nəfərin xəsarət almasına səbəb etirazçıların bir-birinə petarda və digər əşyalar atması olub.

Polis aksiyaya müdaxilə edib.