Lənkəranda güclü zəlzələ olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16:48:00-da radələrinə qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Sakinlərin bildirdiyinə görə, yeraltı təkan Lənkəranla yanaşı Lerik, Astara və digər cənub rayonlarında da hiss edilib.

Hələlik dəyən ziyan barədə məlumat yoxdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən zəlzələ ilə bağlı araşdırma aparılır.