Xəbər verdiyimiz kimi, cənub bölgəsində güclü zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb. Dərinliyi 15 kilometr olan zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Unikal.org-a açıqlama verən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov qeyd edib ki, hadisə ilə bağlı bütün rayon nümayəndəliklərinə göstəriş verilib: "Bəzi köhnə tikililərdə çatlar artıb. Bildirilib ki, zəlzələ nəticəsində kimin əmlakına və yaxud özünə ziyan dəyibsə, dərhal bizi məlumatlandırsınlar. Ümid edirik ki, hadisə ziyansız ötüşər. Bütün hallarda kimə ziyan dəyibsə , Lerik övqəladə hallar komissiyası tərəfindən araşdırılıb, müvafiq köməkliklər göstəriləcək.