Gürcüstan hökuməti sentyabrın 1-dən etibarən Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına qadağa tətbiq edəcək.

Unikal.org xəbər verir ki, bununla bağlı "Jamanak" qəzeti məlumat yayıb.

Məlumatlara əsasən, daşınma yalnız Poti limanı vasitəsilə həyata keçiriləcək.

Yükdaşıma şirkətləri mümkün riskləri səsləndirib və bununla bağlı baş nazir Nikol Paşinyana xəbərdarlıq edib.

Qeyd edilib ki, Rusiyadan Ermənistana buğda idxalı yalnız dəniz yolu ilə həyata keçiriləcək. Bu, isə hava şəraitindən asılıdır.