Ermənistanın keçmiş prezidenti Robert Köçəryan radikal silahlı Sasna Çrer qruplaşması ilə anlaşıb.

Unikal.org yerli mediaya istinadən xəbər verir ki, Ermənistan KİV sabiq prezidentin yaxın günlərdə qruplaşma liderləri ilə görüşdüyünü bildirib.

Erməni KİV bildirir ki, gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşan Robert Köçəryan yerli cəmiyyət tərəfindən terror təşkilatı kimi qəbul edilən Sasna Çrerlə blok yaratmaq haqda qərar qəbul edib.

O, bu məqsədlə bir neçə gün əvvəl qruplaşmanın liderləri Jirayr Səfilyan və Varuzxan Avetisyanla görüşüb. Tərəflər İrəvan şəhərinin məşhur Vardanants küçəsində ofislərini də açıblar.

Erməni KİV keçmiş prezidentin qruplaşma ilə anlaşmasını "qanlı seçki hazırlığı adlandırıb.

Qeyd edək ki, silahlı Sasna Çrer qruplaşması avqustun 23-də özünü siyasi partiya elan edib.