Almaniyanın Drezden şəhərində kütləvi etiraz aksiyası keçirilir.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, aksiyaya səbəb Almaniya vətəndaşının miqrantlar tərəfindən qətlə yetirilməsidir.
Qətl hadisəsi ötən bazar Hemnits şəhərində baş verib. O gündən orada hər gün küçələrdə iğtişaşlar baş verir.
Drezdendəki aksiyanın təşkilatçısı isə ultrasağ "Almaniya üçün alternativ partiyasıdır.