Ukraynanın Müstəqil Dövlətlər Birliyi (MDB) yanındakı nümayəndəliyi bağlanıb.

Unikal.org bildirir ki, bunu MDB-nin icraçı katibi Sergey Lebedev bəyan edib.

Bununla belə o bildirib ki, təşkilatın Ukrayna ilə təmasları qalır. Lebedevin sözlərinə görə, bu təmaslar Ukraynanın Minskdəki səfirliyi vasitəsi ilə həyata keçirilir.

MDB-nin icraçı katibi Ukrayanın nümayəndəliyinin bağlanmasında faciəvi heç nə görmədiyini də əlavə edib.