İngiltərənin paytaxtı Londodan ailəsi ilə birlikdə Türiyənin İstanbul şəhərinə gələn 14 yaşlı S.E adlı qız ailəsinə marketdə cinsi istismara məruz qaldığını deyib.

Unikal.org xəbər verir ki, ailə polisə şikayət edib. Daha sonra marketin təhlükəsizlik kamerasına baxılıb.

Təhlükəsizlik kameralarını izləyən polis əməkdaşları təcəvüzkarı tapıb, saxlayıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.