Ermənistanın İstintaq Komitəsi sabiq baş nazir (2014-2016-cı illər) Ovik Abramyana qarşı cinayət işi qaldırıb.

Unikal.org  "İnterfaksa istinadən xəbər verir ki, eyni zamanda O. Abramyanın qardaşı Conik Abramyan və Ermənistan polisinin rəisi (2008-2011-ci illər) Alik Sarkisyana qarşı da cinayət işi açılıb.

Sözügedən şəxslər xidməti vəzifələrindən su-istifadədə və fırıldaqçılıqda ittiham olunurlar.