Cəlilabad rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, 86 yaşlı Firuzə Əskərova və onun qızı 46 yaşlı Sənubər Əskərovanı öldürməkdə şübhəli bilinən qonşuları, "Cıkma ləqəbli Yaşar Bayramov saxlanılıb.
"Cıkma uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. "Cıkma isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.
İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.
Belə ki, o, Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.
Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanı isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.
S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayıb.
Y.Bayramov 3 dəfə evli olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, indi isə 3-cü arvadı hamilədir.