Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə hərəkətdə olan "VAZ-2107 markalı 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə "Ford markalı avtomobil toqquşub.

Hadisə nəticəsində ""VAZ-2107nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralanan şəxsi xəstəxanaya aparan "Mercedes markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü ölüb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.