Qax rayonunda avtomobildən 2000 manat pul oğurlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Qax rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-na keçən gecə Zərnə kəndi ərazisində "Opel markalı avtomobildən 2000 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Elməddin Nəsibli saxlanılıb.