Avtobusda daha bir təcavüz hadisəsi baş verib. Brazilyanın San Paolo şəhərində bir kişi avtobusda özündən öndə oturan xanıma təcavüz edib. Təcəvüzkar qadının sinəsinə toxunub.

Unikal.org xəbər verir ki, hadisənin fərqinə varan qız həmin anı telefonunun kamerasıyla lentə alıb. Daha sonra qadın ona qarşı seksual xarakterli hərəkətlər edən kişiylə dalaşaraq avtobusu tərk edib.