Paytaxt sakininin əli kağızdoğrayan aparatında qaldı.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında vətəndaşın əlini kağızdoğrayan aparatından çıxarıblar.