İllərdir gizli qalan sirrin üstü açıldı-¦
"Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl Dərdini Danış verilişinin birbaşa efirində inanılmaz anlar yaşanıb.
Minval.İnfo xəbər verir ki, illərdir gizli qalan sirr açılıb. Belə ki, ötən gün həyat yoldaşı ilə barışmaq istəyən Eyvazın xanımı efirə qoşulub. Onun açıqlamaları Amil Xəlil ilə bərabər ekspertləri də dəhşətə gətirib.
Xanım evdən getməyinin səbibini belə açıqlayıb: "O, məni taxta ilə döyürdü. Hər gün döyülə-döyülə qalırdım. Bir gün anamın evin getdim. Yenə döyülmüşdüm. Anam Eyvaz tərəfindən döyüldüyünü mənə dedi. Şoka düşdüm. Bir az sonra anamın bacım Günəş haqqında dediyi sözlər məni yerin altına soxdu.
Anam dedi ki, 14 yaşlı bacım bir gün bizə gələndə Eyvaz ona təcavüz etmək istəyib. Sonradan qızı qorxuzub ki, əyər bir adama nəsə desə bacımı (Günəşi) öldürəcəkmiş. Qız da aylarla bu sirri saxlayıb. Bir müddət sonra Günəş yoxa çıxdı. Hələ də bilmirik haradadır. Mənim bacımın itməyi hələ də sirr olaraq qaldı. Eyvaz ona nəsə eləmişdi. Amma boynuna almadı. O gün bu gün mən Eyvazı həyatımdan sildim.
Xanımın açıqlamaları bununla da yekunlaşmayıb. Ardınca Eyvazın şər böhtanından da danışan Leyli xanım söhbətinə davam edib: "Eyvaz 70 yaşlı anama elə təpik vurdu ki, anam arxa yıxıldı.
Verilişi sizə təqdim edirik:
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 dan Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Verilişin informasiya dəstəyi "minval.info saytına məxsusdur.