Zaqatalada yanğın qeydə alınıb.
Unikal.org-un FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Aşağı Tala kəndində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.