Azərbaycanlı "qanuni oğru, "Lotu Quli ləqəbli Nadir Səlifovun yeni görüntüləri yayılıb.

Unikal.org Yenicag.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan "Nika Qaqrinski ləqəbli "qanuni oğruNikolay Dqeçuadzenin toyunda lentə alınıb.

Kriminal aləmin üzvlərindən biri Nadir Səlifovun şərəfinə badə qaldıraraq "Quli, sən bizim qardaşımız, əzizimizsən. Əgər mənə desələr ki, Quli səni öldürəcək, yenə yanında olaram söyləyir. "Qanuni oğru isə cavabında "Quli öz dostlarını öldürmür deyir.

Sözügedən videonu təqdim edirik: