Hacıqabul rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.
Unikal.org xəbər verir ki, daxil olan məlumat əsasından Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən Rəncbər kənd sakini, əvvəllər məhkum olunmuş Rakif Abbasovdan 0,063 qram heroin götürülüb.
Araşdırmalarla ona narkotik vasitəni satmış şəxsin Şirvan şəhər sakini Həmid Soltanov olması müəyyən edilib.
Görülmüş tədbirlərlə o, saxlanılıb.
Üzərinə şəxsi baxış zamanı elektron tərəzi və 9,291 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 21,886 qram heroin, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.