Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü Həsənli Sakit Maarif oğlu "Davud" marketin qarşısında bıçaqlanmış vəziyyətdə huşunu itirərək yerə yıxılıb. O, yaxından keçən şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.