Xocavənd rayonunda ölüm hadisəsi baş verib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun "500 ailəlik" qəsəbəsində baş verib.
Xocavənd rayon sakini, 1940-cı il təvəllüdlü Qarayev Adışirin Zülfüqar oğlu qəsəbə ərazisindəki bərbərxanada saçını kəsdirərkən halı pisləşib və bərbər stolunda dünyasını dəyişib.
Faktla bağlı Xocavənd rayon Prokurorluğunda araşdırma aparılır.