Lənkəranda üç nəfər bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsi ərazisində baş verib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına üç nəfər yaralı bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə daxil olub. Daxil olan yaralılardan 1952-ci il təvəllüdlü Veravul kənd sakini olan, Nərimanabad qəsəbəsində məskunlaşan Oktay Əliağa oğlu Həsənov qarın boşluğundan, 1947-ci il təvəllüdlü Hüseynağa Kitabulla oğlu Əliyev ürək nahiyəsindən, 1947-ci il təvəllüdlü Faiq Vaqif oğlu Məlikov isə hər iki bud nahiyəsindən xəsarətlər alıblar.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni F.Məlikov şəxsi münaqişə zəminində törədib və sonradan özünə xəsarətlər yetirib. İki yaralı əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hadisəni törətməkdə təqsirli bilinən F.Məlikova ambulator yardım göstərildikdən sonra buraxılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam edir.