Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı qadın piyada xəsarət alıb.

Unikal.org "Reporta istinadən  xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Abışova Südbə Qulam qızı yolu keçmək istəyən zaman "Mercedes markalı minik avtomobili onu vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.