Salyan rayonunda avtomobil mühafizəçini vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolayrıcını mühafizə edən 32 yaşlı İbrahim Məhərrəm oğlu Məmmədovu "Mercedes markalı avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.