Avqustun 28-də Qəbələ rayonunda qızla oğlanın dəhşətli intiharı hələ də müzakirə olunur. Həmin gün 1992-ci il təvəllüdlü Elçin Mirsahibli və 1984-cü il təvəllüdlü Günel Dadaşova həyətdə asılmış vəziyyətdə aşkar edilib.

Unikal.org xəbər verir ki, Space Tv-də "Gəl Dərdini Danış" verilişində inanılmaz anlar yaşanıb.

Neçə gündür Qəbələdə intihar edən sevgililər haqqında gəzən söz-söhbətlərə birbaşa efirdən intihar edən qızın anası açıqlama verib.

"Kürəkən ona-buna pul atırdı, sonra qaçıb gizlənmişdi. Ailəsi əvvəl dedi ölüb, sonra dedilər sağdı. Qızım da həyata, özünə, uşağına qarşı aqressiv idi. Gətirib yanımda saxladım, 7 il onun uşağına baxdım. Elçin isə bizim qonşumuz idi, qızıma vurulub. Mən bunu bir ay əvvəl bildim, oğlanla danışdım. Ona dedim ki, yaş fərqiniz çoxdu, qızımın yoldaşı sağdı, çıxıb gələcək.

Sonra biz başqa ev alıb köçdük, qızım o evdə qaldı. Elçin zorla evə girib qızıma "ammonyak içizdirib. Sonra da aparıb həyətdə yarımtikilidə onu, arxasıyca da özünü asıb. Qızımı asdığı dirəyə də məktub yazıb yapışdırıb. Qeyd edib ki, "Mən Elçin İlham oğlu Dadaşov Güneli öldürürəm. Bu məktubu alana qədər mən də ölmüş olacağam. Mənim çox sevdiyim ya mənimdir, ya da qara torpağın.

Elçinin ailəsi "zaks istəyirdi, qızım da deyirdi "sən uşaqsan, əl çək, çıx get. Günel ər istəmədiyini, övladını böyütmək istədiyini deyirdi.

Onları asılmış vəziyyətdə ilk dəfə oğlanın babası görüb. Qızımın qollarında oğlanın barmaq izləri olub, sol ayağı da cızılmışdı.

Qeyd edək ki, cütlüyün intihar etdiyi həyət də G. Dadaşovaya məxsus olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Dəhşətli anları ilk dəfə Amil Xəlilə danışan ana gəzən söz-söhbətlərə son verilməsini xahiş edib.

Daha sonra Göyçaydan Pakizə xanım verilişə dəvət edilib. Ananın söylədikləri aparıcı ilə birgə bütün ekspertləri göz yaşına boğub. Bir oğlunun müəmmalı ölümündən danışan ana cinayətin qonşusu tərəfindən edildiyini bildirib. "Mənim oğlumu qonşum öldürüb. Traktorla üstündən keçib. Mənə dedilər ki velosipetdən yıxılaraq ölüb. "
Həkim səhlənkarlığınında olduğunu bildirən ana söhbətə davam edib.

Ananın dərdi bununla da bitmir. Ötən aylarda digər oğlunun telefon mağazasında döyüldüyünü və xəstəxanalıq olduğunu deyən Pakizə xanımın bu işin araşdırlmasını istədiyini bildirib. "Mənim oğlumu döyənlər küçədə gəzirlər. Xahiş edirəm kömək edin"

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik.

Qeyd edək ki, veriliş Amil Xəlilin təqdimatında Space Tv-də həftə içi hər gün saat 16:00 da yayımlanır.