Sabirabad rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəngən kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes markalı avtomobil hələlik kimliyi məlum olmayan qadını yolu keçmək istəyərkən vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.