Sentyabrın 7-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə alınıb.
DİN-dən Unikal.org-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Pərvin Hüseynov və Faiq Məmmədov saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də daha bir qadının qızıl boyunbağısını da eyni üsulla almaları müəyyən edilib.