Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən "Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Onun xarakterik əlamətləri : boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır. Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.