Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.