Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu M.Rüstəmov küçəsindəki binadan özünü atan Əhmədova Aynurə Əhmədulla qızının həyatını xilas etmək mümkün olmayıb.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, gecə saat 04 radələrində yaşadığı mənzilin mətbəxinin pəncərəsindən özünü atan və ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən qadın müalicə aldığı müəssisədə vəfat edib.
Ölüm faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.