Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır.
Unikal.org Trend-ə istinadən məlumat verir ki, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: "Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq".
Elman Rüstəmov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə etmir.
Onun sözlərinə görə, AMB üzən məzənnənin tətbiqi siyasətinə sadiq qalır:
"Gördüyünüz kimi, bu gün Azərbaycan manatı möhkəmlənməkdə davam edir. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank manatın məzənnəsinə təsir göstərmir. Bu gün manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır".