Bakıda evdən 7500 manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 3-də rayon ərazisindəki evlərin birindən 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ağa Məmmədov saxlanılıb.