Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul edib.

Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan və Latviya arasında şəhərsalma, memarlıq və tikinti sahəsində gələcək əməkdaşlığın perspektivləri və birgə reallaşdırılması mümkün olan layihələr barədə fikir mübadiləsi aparılıb.