Lənkəranda ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, şəhərin Göyşaban kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaq və aynəbənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 29 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.