Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2" sentyabrın 25-dən 26-na keçən gecə orbitə çıxarılacaq.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Arianespace şirkəti məlumat yayıb.
Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyilə orbitə buraxılacaq. "Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace-2 peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.
"Azerspace-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk "Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki - "Azerspace-1 peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.