Bakıda  H.Huseynov küçəsində bomba həyacanı yaşanıb. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdirdiyinə görə, kücənin 15-ci binasının blokunda sahibsiz çanta aşkarlanıb. Çantanı sahibsiz görən sakinlər aidiyyatı qurumlara müraciət  ediblər.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları həmin ünvana cəlb olunub. Bir saata yaxın davam edən əməliyyat zamanı çantada bomba aşkarlanmayıb. 
Axtarışlara xüsusi təlim görmüş itlər də cəlb olunub.
Olayla bağlı araşıdrma aparılır.