Uzun müddətdir leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı dünyasın dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə jurnalist Hacıbəy Heydərli məlumat yayıb. O bildirib ki, Nigar Ismayilqızını qoruya bilmədik: "Mələk üzlü dostumuz dünyasını dəyişdi. Allah rəhmət eləsin...

Qeyd edək ki, bir neçə gündür Türkiyədə "Hacettepe" xəstəxanasında müalicə alan Nigar elə xəstəxanada vəfat edib.