Türkiyə Silahlı Qüvvələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü illiyi ilə bağlı videoçarx hazırlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Videoçarxda Azərbaycan və Türkiyə ordularının əzəməti əks olunmaqla yanaşı, Bakının azad edilməsi ilə bağlı Azərbaycan xalqına təbrik də ünvanlanıb.