Şabranda "saxla əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.
Unikal.org "Reporta istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev "VAZ-2107 markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova "saxla əmri verib.
M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.